Azərbaycanlı mütəxəssis Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub

Azərbaycanlı mütəxəssis Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub Vasif Talıbov “Vinnitsa”ya rəhbərlik edəcək
Komanda
20 İyul , 2017 11:41
Azərbaycanlı mütəxəssis Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub

Bakı. 20 iyul. REPORT.AZ/ Vasif Talıbov Ukraynanın kişilərdən ibarət “Vinnitsa” voleybol komandasının baş məşqçisi təyin olunub.

“Report”un volleyball.ua saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı mütəxəssis bu postda Aleksandr Bondarenkonu əvəzləyib.

Qeyd edək ki, Vasif Talıbov son olaraq Bakının “Telekom” komandasında baş məşqçi Zoran Qayiçin köməkçisi olub. O, son mövsümdə Ukrayna çempionatının bürünc medalçısı olan “Vinnitsa”da daha öncə köməkçi-məşqçi vəsifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi