Azərbaycanlı mütəxəssis İsrailin "Makkabi" voleybol klubuna baş məşqçi təyin olunub

Azərbaycanlı mütəxəssis İsrailin "Makkabi" voleybol klubuna baş məşqçi təyin olunub Aleksandr Çervyakovla mövsümün sonuna qədər müqavilə imzalanıb
Komanda
25 Fevral , 2017 01:27
Azərbaycanlı mütəxəssis İsrailin Makkabi voleybol klubuna baş məşqçi təyin olunub

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov hazırda İsrail çempionu olan Hayfanın "Makkabi" klubuna rəhbərlik edəcək.

"Report" xəbər verir ki, bu barədə İsrailin voleybol liqasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 59 yaşlı azərbaycanlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Çervyakov karyerasında ilk dəfə olaraq Azərbaycandan kənarda fəaliyyət göstərəcək. O bundan əvvəl iki Bakı klubuna - "Azərreyl" və "Azəryol"a, 2013-cü ildə isə Azərbaycan yığmasına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi