Rəcəbov 3 klubdan təklif alıb

Rəcəbov 3 klubdan təklif alıb İndoneziyanın “Cakarta” voleybol klubu ilə yollarını ayıran azərbaycanlı baş məşqçi Ziya Rəcəbov sözügedən ölkənin üç komandasından təklif alıb.
Komanda
30 Mart , 2020 12:51
Rəcəbov 3 klubdan təklif alıb

İndoneziyanın “Cakarta” voleybol klubu ilə yollarını ayıran azərbaycanlı baş məşqçi Ziya Rəcəbov sözügedən ölkənin üç komandasından təklif alıb. 

Bu barədə "Report"a 38 yaşlı mütəxəssisin özü məlumat verib. O, klubların adlarını açıqlamaq istəməyib: "Komandaların adlarını çəksəm, birini seçəndən sonra digər ikisinə hörmətsizlik etmiş olaram. Bu, bir az pis çıxar. Qərar verəndən sonra açıqlaya bilərik. Mənimlə birlikdə Odina Əliyevaya da təkliflər var. Hələ fikirləşirik. Koronavirus problemlərinin həllindən sonra hər şey bəlli olacaq".

Hazırda İndoneziyada olan mütəxəssis gözləmə mövqeyində olduqlarını söyləyib: "Bəlkə başqa ölkələrdən və ya Avropadan da təkliflər oldu. Hazırda koronavirus insanların başını qatıb".

Baş məşqçi İndoneziyada xəstəliyin aşkarlandığını sözlərinə əlavə edib: "Hazırda 10 nəfər virusa yoluxub. Demək olar ki, hamı öz işi ilə məşğuldur. Bəzən hansısa yerləri 1-2 günlük bağlayırlar ki, evdə qalın".

Rəcəbov Natalya Məmmədovaya hansısa təkliflərin olmadığını bildirib: "Məndə olan məlumata görə, İndoneziyadan təklifi yoxdur. Amma başqalarını bilmirəm. Mənə də demişdi ki, karyeramı bitirmək istəyirəm. Bəlkə təklif olandan sonra oynamaq istədi. Onu deyə bilmərəm".

Qeyd edək ki, Ziya Rəcəbov "Cakarta" ilə müntəzəm çempionatın qalibi olub. Yarış koronavirus pandemiyası səbəbindən dayandırılıb və pley-off mərhələsi təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi