Azərbaycanlı idmançı 2016-cı ilin ən yaxşı ağırlıqqaldıranı adına namizəddir

Azərbaycanlı idmançı 2016-cı ilin ən yaxşı ağırlıqqaldıranı adına namizəddir IWF-nin rəsmi saytı vasitəsilə aparılacaq səsvermə yanvarın 31-dək davam edəcək
Komanda
14 Yanvar , 2017 17:42
Azərbaycanlı idmançı 2016-cı ilin ən yaxşı ağırlıqqaldıranı adına namizəddir

Bakı. 14 yanvar. REPORT.AZ/ 2016-cı ilin ən yaxşı kişi və qadın ağırlıqqaldıranı adına namizədlər açıqlanıb. 

"Report"un məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) açıqladığı siyahıda hazırda Qazaxıstanı təmsil edən əslən azərbaycanlı atlet Nicat Rəhimov da var.

O, 62 kq-da olimpiya çempionu Oskar Figeroa (Kolumbiya), 56 kq-da dünya və ikiqat olimpiya çempionu Tsintsyuan Lun (Çin), 105 kq-da ikiqat Asiya, dünya və olimpiya çempionu Ruslan Nurudinov (Özbəkistan), 85 kq-da ikiqat dünya və olimpiya çempionu Kianuş Rustami (İran) və 105 kq-dan yuxarı çəkidə Avropa, dünya və olimpiya çempionu Laşa Talaxadze (Gürcüstan) ilə birgə bu ada namizəddir.

IWF-nin rəsmi saytı vasitəsilə aparılacaq səsvermə yanvarın 31-dək davam edəcək.

Qeyd edək ki, Nicat Rəhimov 77 kq çəkidə 2015-ci ildə dünya çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir. O, 2014-cü ildən Qazaxıstanı təmsil edir.    

Son xəbərlər

Orphus sistemi