Yuxarı

Azərbaycanlı hakimin idarə etdiyi final oyununda Portuqaliya yığması dünya çempionu olub

Azərbaycanlı hakimin idarə etdiyi final oyununda Portuqaliya yığması dünya çempionu olub

Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatının final oyununda iş başında olub.

“Report” xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi Portuqaliya millisinin İtaliya yığmasını 6:4 hesabı ilə məğlub etdiyi matçda 3-cü hakim qismində xidmət göstərib.

Braziliyalı İvo Moraesin idarə etdiyi görüşdə İtaliyanın 3, Portuqaliyanın isə 2 futbolçusu sarı vərəqə alıb.

Qeyd edək ki, 3-cü yer uğrunda oyunda Rusiya Yaponiyanı 5:4 hesabı ilə üstələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi