Yuxarı

Azərbaycanlı hakim Avropa çempionatında Ermənistan yığmasının yer aldığı qrupa təyinat alıb

Azərbaycanlı hakim Avropa çempionatında Ermənistan yığmasının yer aldığı qrupa təyinat alıb

Bakı. 30 iyul. REPORT.AZ/ Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. 

"Report" Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Moldovanın paytaxtı Kişineuda keçiriləcək C qrupunun oyunlarını idarə edəcək. 

Qeyd edək ki, bu qrupda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da yer alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi