Yuxarı

Azərbaycanlı futzalçı bir il müddətinə yarışlardan kənarlaşdırılıb

Azərbaycanlı futzalçıya bir illik cəza

Bakı. 15 yanvar. REPORT.AZ/ AFFA İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçında baş verən hadisələrlə bağlı qərar çıxarıb. 

"Report" xəbər verir ki, görüşün 30-cu dəqiqəsində “Standard"ın oyunçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, İntizam Komitəsi onu bir il müddətinə yarışlardan kənarlaşdırılıb. 

38-ci dəqiqədə isə “Star Karqo”nun üzvü Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Ona 4 oyunluq cəzala verilib. 

Qeyd edək ki, görüş “Standard”ın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi