​Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Dünya Kubokunun finalına çıxıb - FOTOLAR

​Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Dünya Kubokunun finalına çıxıb - FOTOLAR Finalda güləşçilərimiz Rusiya yığması ilə qarşılaşacaq
Komanda
19 Fevral , 2015 20:30
​Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Dünya Kubokunun finalına çıxıb - FOTOLAR

Bakı. 19 fevral. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçirilir.

"Report"un Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü 20 fevral saat 18:00-da başlayacaq.

AZƏRBAYCAN-İran 6:2

59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4

66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0

71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4

75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0

80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4

85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4

98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1

130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0

AZƏRBAYCAN-Almaniya 7:1

59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3

66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0

71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0

75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1

80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0

85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0

98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3

130 kq - Sabah Şəriəti - Eduard Popp 1:0

AZƏRBAYCAN-İsveç 7:1

59 kq - Elman Muxtarov - Joakim Fagerlund

66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2

71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)

75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0

80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0

85 kq - İslam Abbasov - Jim Pettersson 2:0

98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1

130 kq - Sabah Şəriəti - Johan Euren 0:2

Son xəbərlər

Orphus sistemi