Azərbaycanın voleybol yığması ikinci görüşündə də məğlub olub

Azərbaycanın voleybol yığması ikinci görüşündə də məğlub olub Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində növbəti oyununu keçirib.
Komanda
9 Yanvar , 2020 20:59
Azərbaycanın voleybol yığması ikinci görüşündə də məğlub olub

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Vаsif Tаlıbovun baş məşqçi olduğu komandanın ikinci rəqibi Bolqarıstan yığması olub.

Niderlandın Apeldorn şəhərində keçirilən oyun yığmanın 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan millisi ilk görüşdə meydan sahiblərinə 0:3 hesabı ilə uduzub.

Günün digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu qarşılaşmasını yanvarın 10-da Polşa kollektivinə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi