Azərbaycanın voleybol millisi İtaliya yığmasına uduzub

Azərbaycanın voleybol millisi İtaliya yığmasına uduzub Bakı. 25 sentyabr. REPORT.AZ/ Dünya çempionatının keçiriləcəyi Yaponiyada təlim-məşq toplanışında olan voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxıb.
Komanda
25 Sentyabr , 2018 23:14
Azərbaycanın voleybol millisi İtaliya yığmasına uduzub

Bakı. 25 sentyabr. REPORT.AZ/ Dünya çempionatının keçiriləcəyi Yaponiyada təlim-məşq toplanışında olan voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib İtaliya yığması olub.

Senday şəhərində keçirilmiş qarşılaşma Faiq Qarayevin baş məşqçisi olduğu kollektivin məğlubiyyəti ilə yekunlaşıb - 0:3. İtaliya voleybolçuları setləri 25:21, 25:19 və 25:20 hesablı üstünlüklə başa vurublar.

İki komanda sentyabrın 26-da yenidən üz-üzə gələcək.

Azərbaycan millisi Cənubi Koreya, Rusiya, Tailand, ABŞ, Trinidad və Tobaqo ilə C qrupunda yer alıb. İtaliya isə B qrupunda Bolqarıstan, Kanada, Çin, Kuba, İtaliya və Türkiyəyə qarşı mübarizə aparacaq. Çempionata sentyabrın 29-da start veriləcək. İlk turda Azərbaycan ABŞ-la, İtaliya Bolqarıstanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi