Yuxarı

Azərbaycanın voleybol millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq

Azərbaycanın voleybol millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq
Görüş Fransada olacaq

Bakı. 25 may. REPORT.AZ/ Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, Fransanın Lion şəhərində təşkil olunan A qrupunda II tur qarşılaşmasında rəqib Almaniya olacaq.

Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşü xorvatiyalı hakim Milan Raykoviç və onun rumıniyalı həmkarı Alin Mateyzer idarə edəcək.

İlk turda Almaniya Ukraynaya 3:0 hesabı ilə qalib gəldiyi halda, Azərbaycan millisi Türkiyəyə eyni hesabla uduzub.

Qeyd edək ki, reqlamentə əsasən yalnız qrup qalibi mərhələ adlayacaqlar. İkinci yerin sahibi isə "pley-off"da oynayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi