Azərbaycanın U-17 yığması Avropa çempionatının ilkin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

Azərbaycanın U-17 yığması Avropa çempionatının ilkin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb Azərbaycan millisi İrlandiya yığmasına 6:0 hesabı ilə məğlub olub
Komanda
10 Oktyabr , 2017 19:54
Azərbaycanın U-17 yığması Avropa çempionatının ilkin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb
Report

Sofiya. 10 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan yığması 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi Azərbaycan millisi 6:0 hesabı ilə məğlub olub. 

Birinci hissədə meydanı 4:0 hesablı qələbə ilə tərk edən irlandiyalı futbolçular fasilədən sonra Azərbaycan yığmasının qapısından daha 2 cavabsız top keçiriblər. İrlandiya yığmasının heyətində 9 nömrəli hücumçu Adam Uche İdah het-trikə imza atıb. 

Millimiz ilkin seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukrayna yığmasına qarşı keçirəcək. 

Qeyd edək ki, bu dəqiqələrdə başlayan qrupun digər oyununda meydan sahibləri Bolqarıstan yığması Ukrayna millisi ilə qarşılaşır.

10 oktyabr

XI qrup

İrlandiya U-17 –  Azərbaycan U-17 – 6:0

Qollar: A.Uche İdah 6, 24, 58, Brennan 36, M.Murphy 38, T.Samuel Wright 43, M.Walsh 49, S.Mahon 57.

Son xəbərlər

Orphus sistemi