​Azərbaycanın şahmat komandaları Avropa çempionatında medal qazana bilməyib

​Azərbaycanın şahmat komandaları Avropa çempionatında medal qazana bilməyib Şahmatçılarımız 7 və 16-cı yerlərlə kifayətlənməli olublar
Komanda
23 Noyabr , 2015 07:24
​Azərbaycanın şahmat komandaları Avropa çempionatında medal qazana bilməyib

Bakı. 23 noyabr. REPORT.AZ/ İslandiyanın paytaxtı Reykyavikdə keçirilən komandalararası Avropa çempionatına yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları IX turda fərqli nəticələr göstərib.

Kişilərdən ibarət yığma son turda qara fiqurlarla Almaniya ilə heç-heçə edib - 2:2. Birinci lövhədə Şəhriyar Məmmədyarov Liviu-Diter Nisipyanunu yensə də, Teymur Rəcəbov Georq Mayerlə, Rauf Məmmədov Daniel Fridmanla heç-heçə edib. Eltac Səfərli isə Rayner Buhmana uduzub. Bu nəticə ilə Aleksandr Halifmanın kapitanı olduğu komanda 11 xalla 7-ci yeri tutub.

Qadın millimiz isə ağ fiqurlarla İngiltərəyə qalib gəlib - 3,5:0,5. Gülnar Məmmədova Danya Siuksaytı, Nərmin Kazımova Zivile Sarakauskieneni, Ülviyyə Fətəliyeva Kanval Bhatyanı yenib. Birinci lövhədəki Zeynəb Məmmədyarova isə Yovanka Huska ilə heç-heçə edib. Beləliklə, Fikrət Sideifzadənin kapitanı olduğu komanda çempionatı 9 xalla 16-cı pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət komandası 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi