Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır Bakıda təşkil olunan seçmə mərhələdə ilk rəqib Norveç yığmasıdır
Komanda
30 May , 2017 07:29
Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

Bakı. 30 may. REPORT.AZ/ Bu gün voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Bakıda E qrupunun oyunlarına start veriləcək. "Report"un məlumatına görə, bu qrupda Azərbaycan millisi ilə yanaşı, Hollandiya, İsrail, Ukrayna, Danimarka və Norveç də yer alıb.

Bakı İdman Sarayında keçiriləcək 5 turluq mübarizənin yekununda qrup lideri Yaponiyada keçiriləcək Mundiala birbaşa vəsiqə qazanacaq. Qrupda ikinci yeri tutan komanda isə digər 5 qrupda ikinci yerin sahibləri ilə birgə qalan 2 vəsiqə uğrunda mübarizə aparacaq. Bu baxımdan, Azərbaycan millisini gərgin rəqabət gözləyir. 

Faiq Qarayevin baş məşqçi olduğu komanda "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra Bolqarıstanda təlim-məşq toplanışında olub. Yerli yığma ilə hər iki qarşılaşan Azərbaycan millisi əvvəlcə 0:3, ardından 1:3 hesablı məğlubiyyətlərlə üzləşib. İlk turda rəqib Norveç yığmasıdır. 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

15:00. Danimarka - Hollandiya

Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Miklosiç (Serbiya)

17:30. Azərbaycan - Norveç

Hakimlər: Sabine Vitte (Almaniya), Roberto Boris (İtaliya)

20:00. İsrail - Ukrayna

Hakimlər: Bruno Muha (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)

Son xəbərlər

Orphus sistemi