Yuxarı

Azərbaycanın qadın güləşçiləri Fransada 3 medal qazanıblar

​Azərbaycanın qadın güləşçiləri Fransada 3 medal qazanıblar

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın qadın güləşi üzrə milli komandası Fransanın Nitsa şəhərində keçirilmiş Qran-pridə 3 medal qazanıb.

"Report"un məlumatına görə, Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub.

10-a yaxın ölkənin təmsil olunduğu yarışda Azərbaycan yığması baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, "Qran-pri"də III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə də ölkəni təmsil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi