Yuxarı
    Bağlamaq

    Azərbaycanın paralimpiyaçı qılıncoynadanları Dünya kuboku yarışlarına qatılıb

    Tbilisi. 9 noyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə əlil arabasında qılıncoynatma idman növü üzrə Dünya kuboku yarışlarına start verilib.

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, yarışlara 45 ölkədən 500-ə yaxın əlil idmançı qatılıb.

    Azərbaycanı mötəbər paralimpiya idman oyunlarında Aytəkin HəsənovaAbdulbağı Abdullayev təmsil edirlər.

    Yarışların rəsmi açılış mərasimində çıxış edən Gürcüstanın baş naziri Mamuka Baxtadze paralimpiya oyunlarının inkişaf etdirilməsinə hökumətin xüsusi diqqət yetirdiyini bildirib.

    Tədbirdə Gürcüstanın hökumət üzvləri, Tbilisi meri Kaxa Kaladze, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons və diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

    Tbilisidə keçirilən Dünya kuboku yarışları "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

    Yarışlar noyabrın 11-dək davam edəcək.

    Bundan əvvəl Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş aksiya keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi