Yuxarı

Azərbaycanın "Lokomotiv" voleybol klubu Çelenc Kubokunda 1/8 finala yüksəlib

Azərbaycanın "Lokomotiv" voleybol klubu Çelenc Kubokunda 1/8 finala yüksəlib
Dəmiryolçular Portuqaliya Fonte Bastardosunu qızıl setdə mübarizədən kənarlaşdırıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Kişi voleybolçulardan ibarət "Lokomotiv" komandası Çelenc Kubokunda 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, "dəmiryolçular" 1/16 finalda Portuqaliya "Fonte Bastardo"sunu mübarizədən kənarlaşdırıb.

İlk görüşdə Bakıda 3:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi Praya da Vitoriadakı qarşılaşmada 0:3 hesabı ilə uduzub - 13:25, 20:25, 13:25. Lakin qaydalara əsasən, bu halda "qızıl set" təyin olunub. Gərgin keçən hissədə "dəmiryolçular" 25:23 hesablı qələbə qazanaraq, mərhələ adlayıblar.

Qeyd edək ki, 1/8 finalda "Lokomotiv" Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. İlk oyunlar 16 - 18 yanvarda, cavab görüşləri 30 yanvar - 1 fevralda keçiriləcək.

Çelenc Kuboku

1/16 final mərhələsi, cavab görüşü

"Fonte Bastardo" (Portuqaliya) - "Lokomotiv" (Azərbaycan) - 3:0 (25:13, 25:20, 25:13)

Qızıl set - 23:25

Hakimlər: Mauro Karlo Qoytre (İtaliya), Ehsanollah Rejaiyan (Fransa)

Praya da Vitoria (Portuqaliya)

İlk görüş - 1:3.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi