Azərbaycanın güləş yığmaları Avropa Millətlər Kubokunda iştirakdan imtina edib

Azərbaycanın güləş yığmaları Avropa Millətlər Kubokunda iştirakdan imtina edib Kubokda Almaniya, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Ermənistan və Rumıniya yığmaları mübarizə aparacaqlar
Komanda
15 Noyabr , 2016 13:14
Azərbaycanın güləş yığmaları Avropa Millətlər Kubokunda iştirakdan imtina edib

Buxarest. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın güləş üzrə yığmaları noyabrın 16-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa Millətlər Kubokunda iştirakdan imtina edib. 

Bu barədə "Report"un Şərqi Avropa bürosuna Rumıniya Güləş Federasiyasının baş katibi Alin Grigorie məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Azərbaycan yığmalarının 24-26 noyabrda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək "Qızıl Qran Pri"nin final mərhələsinə yaxşı hazırlaşmaq istəmələridir.

Noyabrın 19-da başa çatacaq kubokda Almaniya, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Ermənistan və ev sahibi Rumıniya yığmaları mübarizə aparacaqlar. Noyabrın 18-də ilk olaraq mübarizəyə qadın güləşçilər və sərbəst güləş yığmaları qoşulacaqlar. Qadın güləşində Rumıniya, Ukrayna, Belarus, Rusiya və Almaniya komandaları, sərbəst güləşdə isə Rumıniya, Gürcüstan, Rusiya, Ukrayna və Belarus milliləri ilə yarışacaqlar.

Yarışın son günündə isə mübarizə yunan-Roma güləşi üzrə komandalar arasında baş tutacaq. Yunan-Roma güləşində Rumıniya, Rusiya, Ermənistan, Türkiyə və Ukrayna komandaları ilə mübarizə aparacaqlar.

Buxarest şəhərinin "Apollo Polyvalent" idman zalında keçiriləcək yarışlar Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Final qarşılaşması isə saat 20:30-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi