DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Özbəkistanla üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan milli komandaları arasında ikinci yoxlama görüşü yanvarın 22-də keçiriləcək. Yığma DÇ-2020-nin elit-raundunda Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə qarşılaşacaq.
21 yanvar
Yoldaşlıq görüşü
20:00. Azərbaycan - Özbəkistan - 2:3
Qollar: Oliveira Da Nascimento “Vassora”, 24. İshaq Surqali, 36 - Dilşod Rahmatov, 3. İxtiyar Ropiyev, 5. Əkbər Usmanov, 29
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı