Azərbaycanın futzal millisi 1/4 finalda Portuqaliyaya rəqib olub

Azərbaycanın futzal millisi 1/4 finalda Portuqaliyaya rəqib olub Qrupdakı son oyunda İspaniya qalib gəlib
Komanda
5 Fevral , 2018 01:26
Azərbaycanın futzal millisi 1/4 finalda Portuqaliyaya rəqib olub

Bakı. 5 fevral. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Sloveniyadakı Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib 7 qat Avropa və 2 qat dünya çempionu İspaniya olub. Lyublyana şəhərindəki "Stojitse" Arenasında təşkil olunmuş qarşılaşma pireneylilərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Pola vurub.

Bununla da İspaniya millisi D qrupunu 4 xalla 1-ci pillədə başa vurub. Azərbaycan yığması isə 3 xalla 2-ci olub. Hər iki komanda 1/4 finala yüksəlib. Fransa isə 1 xalla qrupda qalıb.

Növbəti mərhələdə İspaniyanın rəqibi Ukrayna olacaq. Azərbaycan isə Portuqaliya ilə üz-üzə gələcək. Daha 2 1/4 final görüşləri isə Serbiya və Qazaxıstan, həmçinin, Sloveniya və Rusiya arasında olacaq.

Oyunlar 5-6 fevralda keçiriləcək.

Avropa çempionatı

4 fevral

23:45. Azərbaycan - İspaniya 0:1

Qol: A. A. Perreyra, 13:21

Hakimlər: Vladimir Kadıkov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)

Son xəbərlər

Orphus sistemi