Yuxarı

Vladimir İmnadze: “Azərbaycanın əlil futbolçuları ildən-ilə daha güclü oyun nümayiş etdirirlər”

Azərbaycanın əlil futbolçuları ildən-ilə daha güclü oyun nümayiş etdir

“Azərbaycandan olan əlil futbolçuların Gürcüstanda keçirilən yarışlara qatılması çox sevindiricidir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin direktoru Vladimir İmnadze deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə azərbaycanlı idmançılar daha hazırlıqlı görünürlər: “Şadam ki, azərbaycanlı qardaşlarımız yarışa qatılıb və bu işə ciddi yanaşırlar. Bugünkü yarışda “Azərbaycan” komandası daha güclü oyun nümayiş etdirdi. Yarışlara Azərbaycandan əlil uşaq futbolçular da cəlb olunsaydı, yaxşı olardı. Gürcüstanın Amputant Futbol Federasiyasında yeniyetmələr də təmsil olunur. Gürcü və azərbaycanlı yeniyetmələr arasında da oyunlar təşkil etmək olar”.

V.İmnadze qeyd edib ki, əlil idmançılar arasında istənilən yarışların təşkil olunması çox önəmlidir: “Yarışlarda iştirak edən fiziki məhdud idmançılar özlərini cəmiyyətdən təcrid olunmuş hesab etmirlər”.

Qeyd edək ki, Gürcüstanda əlil futbolçular arasında bu gün start verilən yarışda Qarabağ qazilərindən ibarət “Azərbaycan” komandası iştirak edir. Qazilər Qorinin “Kartli” komandası ilə keçirdikləri ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər.

“Qarabağ qaziləri” amputant futbol komandası ötən ilin iyununda Gürcüstanın Avropa çempionu olmuş veteranlardan ibarət “Tbilisi” komandası ilə yoldaşlıq yarışı keçirib. Yarış 6:3 hesabı ilə “Tbilisi” komandasının qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi