​Azərbaycanın daha bir velosipedçisi “Tour d’Azerbaidjan”da mükafatçılar sırasına düşüb

​Azərbaycanın daha bir velosipedçisi “Tour d’Azerbaidjan”da mükafatçılar sırasına düşüb Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoş Roqliç isə qalib olub
Komanda
7 May , 2015 15:26
​Azərbaycanın daha bir velosipedçisi “Tour d’Azerbaidjan”da mükafatçılar sırasına düşüb

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşündə ikinci mərhələ keçirilib. 

“Report”un məlumatına görə, 24 ölkədən 25 komandanın mübarizə apardığı yürüşdə 187 km məsafə qət edilib.

Velosipedçilər Veloparkdan İsmayıllı şəhərinin mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi önünədək 187 km məsafə qət ediblər. Yürüşün yekununda Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoş Roqliç qalib olub. Azərbaycanın “Synergy Baku” klubunun üzvü Matey Muqerli ikinci yeri tutub. Üçüncü yerə ABŞ-ı təmsil edən Kristofer Hornet sahib çıxıb.

"Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.

Qeyd edək ki, Primoş Roqliç göy və qırmızı, Maksim Averin yaşıl, Frantisek Sisr (“Dukla”, Çexiya) isə bənövşəyi köynəyə sahib olub.

Son xəbərlər

Orphus sistemi