“Baku Fires” klubu “Astana Arlans” komandası ilə qarşılaşıb

“Baku Fires” klubu “Astana Arlans” komandası ilə qarşılaşıb Görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb
Komanda
21 Mart , 2015 19:12
“Baku Fires” klubu “Astana Arlans” komandası ilə qarşılaşıb

Bakı. 21 mart. REPORT.AZ/ Ümumdünya Boks Seriyasının (WSB) 10-cu turunda Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın Çimkənd şəhərində “Astana Arlans” komandası ilə qarşılaşıb. "Report"un məlumatına görə, görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Döyüşlərin nəticələri:

Astana Arlans– Baku Fires

52 kq. Oljas Sattıbayev - Murad Rabadanov 3:0 (50:45, 50: 45, 50:45)

60 kq. Zakir Safiulin – Albert Səlimov 0:3 (47: 48, 46:49, 47:48).

69 kq. Kanaqat Maralov – Pərviz Bağırov 2:1 (46:49, 49:46, 48:47).

81 kq. Hrvoje Sep - Mixail Dauqalivets – 3:0 (50:44, 50:44, 50:44).

+91 kq. Filip Hrqoviç – Hacı Murtuzəliyev TKO R1 2:30

Bu görüşdə idmançıların fərdi reytinqi baxımından iki qarşılaşma Azərbaycan təmsilçisi üçün böyük önəm daşıyıb. 60 kq çəki dərəcəsində Albert Səlimov rəqibini məğlub etsə də, Pərviz Bağırov qələbə qazana bilməyib. Son döyüş heç bir əhəmiyyət kəsb etmədiyindən və Hacı Murtuzəliyev son anda heyətə daxil edildiyindən məşqçilər boksçunun sonadək mübarizə aparmasını məqsədə uyğun saymayıblar.

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 28-də Polşada “Rafako Hussars Poland” klubuna qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi