Yuxarı

Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadırlar

Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadırl

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandalarının aparıcı üzvləri Yaponiyanın paytaxtı Tokioda təlim-məşq toplanışındadırlar.

"Report"un federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tatami ustaları millinin baş məşqçiləri Ruslan Maşurenko və Rəşad Məmmədov, eləcə də məşqçi Elxan Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

Tokio toplanışında Kəramət Hüseynov, Oruc Vəlizadə, Davud Məmmədsoy, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan cüdoçularının bu il ən ciddi və son sınağı 12 - 15 dekabrda Çində keçiriləcək nüfuzlu "Masters" yarışı olacaq. Dünyanın ən güclü cüdoçularının qatılacağı beynəlxalq turnir 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadırlar

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi