Yuxarı

Azərbaycanın 5 taekvondoçusu Qran-pri turnirində iştirak edəcək

Azərbaycanın 5 taekvondoçusu Qran-pri turnirində iştirak edəcək
Qran-pri əvvəlcə avqustun 4-6-da Moskvada keçiriləcək

Bakı. 2 avqust. REPORT.AZ/ Taekvondo üzrə Qran-pri turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Qran-pri əvvəlcə avqustun 4-6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Daha sonra turnir müvafiq olaraq Mərakeş, Böyük Britanıya və Kot dİvuarın paytaxtlarında təşkil ediləcək. G4 kateqoriyalı beynəlxalq yarışda qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi