Yuxarı

Yüksək Liqada ilk finalçı müəyyənləşib

Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib. 

"Report"un məlumatına görə, pley-off mərhələsinin 3-cü oyununda "Araz" və EKOL komandaları üz-üzə gəlib.

Qarşılaşma "Araz"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb (İlk iki oyunun nəticələri - 4:6, 3:0). Ümumi hesabda 2:1 önə keçən "Araz" finala vəsiqə qazanıb. 

Komandanın həlledici görüşdəki rəqibi "Neftçi" İK ilə "Xəzər Cənub" kollektivlərinin duelindən sonra bəlli olacaq. Sözügedən qarşılaşma saat 17:00-da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi