​Azərbaycan yığmasına yeni məşqçi təyinatı olub

​Azərbaycan yığmasına yeni məşqçi təyinatı olub AFFA-nın inzibati binasında görüş keçirilib
Komanda
24 İyun , 2016 13:28
​Azərbaycan yığmasına yeni məşqçi təyinatı olub

Bakı. 24 iyun. REPORT.AZ/ Futzal üzrə milli komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi Biro Jadenin iştirakı ilə görüş keçirilib.

Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan futzal millisi sentyabrın 10-dan oktyabrın 2-dək Kolumbiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi