Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.
Komanda
27 Sentyabr , 2018 23:03
Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, bunlar müvafiq olaraq, Ermənistanla Yunanıstan komandalarıdır.

V turun hər iki görüşü sentyabrın 28-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Dörd turdan sonra 8 xala və daha yaxşı göstəricilərə malik Azərbaycanın kişilərdən ibarət komandası 1-ci pillədə qərarlaşıb. Qadın millisi isə 6 xalla 13-cüdür.

Bu gün kişilərdən ibarət yığma İngiltərəyə 3,5:0,5 hesabı ilə qalib gəlsə də, qadın millisi ABŞ-a uduzub - 1,5:2,5.

Son xəbərlər

Orphus sistemi