Yuxarı

Azərbaycan futzal yığması bu gün 2018-ci il Avropa çempionatına vəsiqəni rəsmiləşdirə bilər

Azərbaycan futzal yığması bu gün 2018-ci il Avropa çempionatına vəsiqəni rəsmiləşdirə bilər
Macarıstanla oyunda heç-heçə də yetərlidir

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsində son oyununu keçirəcək. “Report”un məlumatına görə, Biro Jadenin rəhbərlik etdiyi kollektiv B qrupunda 3-cü tur çərçivəsində Macarıstan yığması ilə qarşılaşacaq.

İlk matçında Bosniya və Herseqovina millisinə 5:4, II turda isə Albaniyaya 5:0 hesabı ilə qalib gələn Azərbaycan yığması qrupun vahid lideridir. Bugünkü görüşdə uduzmayacağı təqdirdə, Azərbaycan komandası ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

20:00. Macarıstan – Azərbaycan

Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Costas Nicolaou (Kipr)

UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna)

Hakim-inspektor: İvan Novak (Xorvatiya)

Bakı İdman Sarayı (CBC Sport, canlı)

Qeyd edək ki, hazırda Azərbaycan millisinin 6, Macarıstanın isə 4 xalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi