Azərbaycan voleybolçusu Yaponiya çempionatında iki mükafata layiq görülüb

Azərbaycan voleybolçusu Yaponiya çempionatında iki mükafata layiq görülüb Mükafatlandırma "6-lıq" oyunundan əvvəl olub
Komanda
13 Fevral , 2017 15:05
Azərbaycan voleybolçusu Yaponiya çempionatında iki mükafata layiq görülüb

Bakı. 13 fevral. REPORT.AZ/ Yaponiyanın "Toyota" klubunda çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova iki mükafata layiq görülüb. 

"Report"un məlumatına görə, 27 yaşlı qadın idmançı Yaponiya çempionatının əsas mərhələsinin yekununda ən yaxşı bombardir və topu oyuna daxil edən oyunçu sayılıb.

O, "6-lıq" mərhələsinin "Hisamitsu" ilə ilk tur matçından əvvəl mükafatlarını alıb. P.Rəhimova məhsuldarlığını bu görüşdə də davam etdirib. Təcrübəli voleybolçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə 41 xal toplayıb. 

Son xəbərlər

Orphus sistemi