Yuxarı

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanla qarşılaşacaq

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanla qarşılaşacaq

Bakı. 26 may. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək.

"Report"un məlumatına görə, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gələcək.

Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Oyunu Aleksandros Milonakislə (Yunanıstan) Çavdar Marev (Bolqarıstan) idarə edəcək. Qrupun digər görüşündə isə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

Qızıl Avropa Liqası, A qrupu, III tur

18:00. Bolqarıstan - Azərbaycan

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi