Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının üzvü Natalya Məmmədovanın çıxış etdiyi İsveçrə "Volero"su Sürix şəhərindəki klublararası dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, "Volero" 3-cü yer uğrunda qarşılaşmada Braziliya "Reksona"sını məğlubiyyətə uğradıb - 3:0 (25:21, 25:17, 25:18).
Bu matçda əsas heyətdə çıxış edən Məmmədova komandasına 9 xal qazandırıb.
Dünya çempionu adına isə finalda Rusiyanın "Dinamo" (Krasnodar) komandasını 3:1 hesabı ilə qalib gələn Türkiyənin "Eczacıbaşı" klubu layiq görülüb.