Yuxarı

Azərbaycan voleybol yığması dünya çempionatına vəsiqənin taleyini son tura saxlayıb

Azərbaycan voleybol yığması dünya çempionatına vəsiqənin taleyini son tura saxlayıb
Hollandiya Ukraynanı çətinliklə məğlub edib

Bakı. 2 iyun. REPORT.AZ/ Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda bu gün IV turun oyunları keçirilib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası İsrail yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilmiş görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 3:0. Beləliklə, ardıcıl 4-cü oyunundan qalib ayrılan Azərbaycan millisi liderliyini qoruyub.

Turun daha bir önəmli qarşılaşmasında Hollandiya Ukraynanı çətinliklə yenib. Ciddi müqavimətlə üzləşən "narıncılar" oyunun "tay-breyk"ə uzanmasına imkan verməyiblər - 3:1.

Autsayderlərin qarşılaşmasında isə Norveç Danimarkanı eyni hesabla yenərək, ilk qələbəsini əldə edib.

Bu nəticələrdən sonra Azərbaycan və Hollandiya hərəyə 12 xalla 1-2-ci yerləri bölüşürlər. 6 xalı olan Ukrayna 3-cü pillədə qərarlaşıb. 3 xala malik İsraillə Norveç 3-4-cü yerləri bölüşür. Xalsız Danimarka isə sonuncudur.

Beləliklə, son turda dünya çempionatına yeganə vəsiqənin taleyi Azərbaycan - Hollandiya matçında həll olunacaq. Qalib komanda Yaponiyada keçiriləcək mundiala yollanacaq. Məğlub tərəf isə "pley-off"da çıxış edəcək. İyunun 3-də Norveç - İsrail və Ukrayna - Danimarka matçları da keçiriləcək.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

IV tur

15:00. Danimarka - Norveç - 1:3 (25:21, 15:25, 23:25, 15:25)

Hakimlər: Roberto Boris (İtaliya), Mixail Temelis (Yunanıstan)

17:30. İsrail - Azərbaycan - 0:3 (9:25. 14:25, 18:25)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)

20:00. Hollandiya - Ukrayna - 3:1 (30:28, 18:25, 25:13, 27:25)

Hakimlər: Saşa Stanisiç (İsveçrə), Bruno Muxa (Xorvatiya).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi