Azərbaycan voleybol millisinin məşqçisi: “Önəmli qələbə qazandıq”

Azərbaycan voleybol millisinin məşqçisi: “Önəmli qələbə qazandıq” Bakı. 3 oktyabr. REPORT.AZ/ “Çox sevinirik. Növbəti mərhələyə yüksəlmək baxımından önəmli qələbə qazandıq.
Komanda
3 Oktyabr , 2018 11:00
Azərbaycan voleybol millisinin məşqçisi: “Önəmli qələbə qazandıq”

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Çox sevinirik. Növbəti mərhələyə yüksəlmək baxımından önəmli qələbə qazandıq". 

“Report” xəbər verir ki, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının məşqçisi Famil Ağayev Yaponiyada keçirilən dünya çempionatının IV turunda Trinidad və Tobaqo yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O bildirib ki, C qrupunda yer alan yığma oktybarın 4-də Tailandla son matçda da qələbə qazanmağa çalışacaq: “Komanda şəkilində və səhvsiz oynadıq. Tailandla görüşdə də yaxşı oynamağa çalışacağıq. Çünki bizə qələbə və xal lazımdır. Ümid edirəm ki, qrupdakı son qarşılaşma da bizim üçün uğurlu olar”.

Yığmanın kapitanı Odina Əliyeva da önəmli qələbə əldə etdiklərini vurğulayıb: “Qələbə qazandığımız üçün şadam. Biz tapşırığın öhdəsindən gəldik. Amma bununla kifayətlənmək fikrimiz yoxdur. Sabahkı və digər oyunlarda da qalib gəlmək istəyirik”.

Bu qalibiyyət sayəsində xallarını 6-ya çatdıran yığma Tailandla 3-4-cü yerləri bölüşür. Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8 xalı var. Son iki pillədə 1 xala malik Cənubi Koreya ilə hələ xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb. Turun digər oyunlarında Cənubi Koreya Rusiya ilə, ABŞ isə Tailandla qarşılaşacaq.

Qeyd edək ki, qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.

Son xəbərlər

Orphus sistemi