Azərbaycan voleybol millisi Sloveniya ilə növbəti yoxlama oyununda uduzub

Azərbaycan voleybol millisi Sloveniya ilə növbəti yoxlama oyununda uduzub Təlim-məşq toplanışı Avropa çempionatına hazırlıq xarakteri daşıyır
Komanda
18 Avqust , 2017 11:12
Azərbaycan voleybol millisi Sloveniya ilə növbəti yoxlama oyununda uduzub

Bakı. 18 avqsut. REPORT.AZ/ Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununa çıxıb. "Report"un məlumatına görə, rəqib Sloveniya yığması olub.

Lyublyanada təşkil olunmuş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:21, 25:21, 25:15).

Qeyd edək ki, bu, Azərbaycan və Sloveniya milliləri arasında ikinci yoxlama oyunu olub. Avqustun 14-də keçirilmiş görüşdə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib gəlib - 3:1. Təlim-məşq toplanışı gələn ay Azərbaycanda və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.  

Son xəbərlər

Orphus sistemi