Yuxarı

Azərbaycan Voleybol Federasiyasında yeni təyinatlar olub

Azərbaycan Voleybol Federasiyasında yeni təyinatlar olub
Vitse-prezidentlərin sayı artırılıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Voleybol Federasiyasında yeni təyinatlar həyata keçirilib. "Report"un məlumatına görə, federasiyada vitse-prezidentlərin sayı artırılıb.

Faiq Qarayev I vitse-prezident, Vaqif Əliyev vitse-prezident vəzifəsində qaldığı halda, Elşən Əfəndiyev ("Azərreyl"in prezidenti), Vəsilə Abulova ("Azərreyl"in vitse-prezidenti) və Rəşad Abasov ("Lokomotiv"in prezidenti) bu posta təsdiqləniblər. Elşən İsmayılov isə baş katib vəzifəsində qalıb.

Daha bir təyinat isə idman şöbəsində gerçəkləşib. Şöbə müdiri vəzifəsi "Neftçi" futbol klubunun keçmiş icraçı direktoru Elnur Məmmədova həvalə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi