Azərbaycan Voleybol Federasiyasında Heydər Əliyevin anım günü keçirilib

Azərbaycan Voleybol Federasiyasında Heydər Əliyevin anım günü keçirilib Faiq Qarayev: "Gözəl ölkədə yaşadığımız üçün hər zaman ona borcluyuq"
Komanda
12 Dekabr , 2016 17:17
Azərbaycan Voleybol Federasiyasında Heydər Əliyevin anım günü keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Voleybol Fedrasiyasında Ümummilli lider Heydər Əliyevin anım günü keçirilib. Federasiyadan "Report"a verilən məlumata görə, mərasimdə I vitse-prezidenti Faiq Qarayev  və baş katib Elşən İsmayılov H.Əliyevlə bağlı xatirələrini bölüşüb.

F.Qarayev H.Əliyevlə bir neçə dəfə görüşdüyünü bildirib: "Heydər Əliyev hər zaman idmana və idmançılara böyük diqqət ayırıb. Onu qeyd edə bilərəm ki, Azərbaycanda idman növlərinin artırılmasında Ulu öndərin böyük əməyi olub. Ən maraqlısı da odur ki, Heydər Əliyev komanda idman növlərini daha çox sevirdi. Bunu mən voleybol üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi olduğum üçün daha yaxşı görürdüm. Fikrimcə, o, tam fərqli bir insan idi. Hər bir sözü komandaya böyük güc verirdi. Düşünürəm ki, bu gün hər zaman Heydər Əliyevi anmalı və gənc nəslə onun gördüyü işləri anlatmalıyıq. Gözəl bir ölkədə yaşadığımız üçün hər zaman ona borcluyuq. Azərbaycan bu gün MDB ölkələri arasında ən inkişaf etmiş və firavan ölkədir. Bir sözlə, lider ölkələrdən biridir. Mən ulu öndər haqqında çox danışa bilərəm. Amma bundan ötrü bizə günlər çatmaz".

E.İsmayılov isə bunları deyib: "O, hər zaman öz xalqını və vətənini sevib. Onu unutmamalıyıq ki, ölkəmizin ən çətin anında məhz böyük şəxsiyyət Heydər Əliyev bizlərin yanında oldu və bu gün biz gözəl və firavan ölkədə yaşayırıq. Buna görə hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevi heç bir zaman unutmamalıdır".

Son xəbərlər

Orphus sistemi