Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayrılıb

Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Komanda
3 Oktyabr , 2017 18:00
Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayrılıb
Reprot

Bakı. 3 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi