Azərbaycan velosipedçiləri Xorvatiyada yarışlarda iştirak edəcək

Azərbaycan velosipedçiləri Xorvatiyada yarışlarda iştirak edəcək Komandamız yürüşdə 8 idmançı ilə təmsil olunacaq
Komanda
1 Mart , 2015 06:44
Azərbaycan velosipedçiləri Xorvatiyada yarışlarda iştirak edəcək

Bakı. 1 Mart. REPORT.AZ/ Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada martın 1-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “İzola” Qran-Pri yarışlarında çıxış edəcək.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, komandamız yürüşdə 8 idmançı ilə təmsil olunacaq ki, bunlardan da 3-ü “Synergy Baku”nun heyətində debüt edəcək. Söhbət Elgün Əlizadə, Yannis Tamuridis və Dennis van Vindendən gedir. Bu yarış Azərbaycanın gənclər yığmasının üzvü Elgün Əlizadə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, gənc velosipedçimiz klub səviyyəsində özünün ilk yarışında iştirak edəcək.

Digər 5 velosipedçiyə gəlincə, bunlar Maksim Averin, Ənvər Asanov, Markus Eybeger, İsmayıl İlyasov və Samir Cəbrayılovdur.

Son xəbərlər

Orphus sistemi