Avropa çempionatı: Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb

Avropa çempionatı: Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.
Komanda
2 Noyabr , 2019 09:14
Avropa çempionatı: Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan

Luka Leniç - Arkadi Naydiç

Matey Sebenik - Rauf Məmmədov

Yure Skoberne - Qədir Hüseynov

Yan Sudel - Eltac Səfərli

Azərbaycan - Ermənistan

Günay Məmmədzadə - Lilit Mkrtçyan

Xanım Balacayeva - Elina Danielyan

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan

Gülnar Məmmədova - Anna Sarqsyan

Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 11:15-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi