Azərbaycan Taekvando Federasiyasının məşqçi-müəllimləri etiraz aksiyası keçiriblər

Azərbaycan Taekvando Federasiyasının məşqçi-müəllimləri etiraz aksiyası keçiriblər Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Taekvando Federasiyasının məşqçi-müəllimləri maaşlarının ödənilməməsinə etiraz olaraq, aksiya keçiriblər.
Komanda
10 İyun , 2018 22:34
Azərbaycan Taekvando Federasiyasının məşqçi-müəllimləri etiraz aksiyası keçiriblər

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Taekvando Federasiyasının məşqçi-müəllimləri maaşlarının ödənilməməsinə etiraz olaraq, aksiya keçiriblər.

"Report" xəbər verir ki, illərdir federasiyada çalışan mütəxəssislər 2017-ci ilin avqustundan maaş almadıqlarını bildiriblər. Onların sözlərinə görə, sonuncu dəfə ötən ilin iyulunun maaşı bu ilin fevralında ödənilib. Son 10 ayın maaşı isə indiyədək verilməyib.

Yubanmanın səbəbini bilməyən məşqçi-müəllimlər federasiyadan konkret cavab ala bilmədiklərini açıqlayıblar: "Rəhbərlik gah deyir maaşlar olacaq, gah da deyir olmayacaq. 90 məşqçi 150-500 manat aralığında maaş alırlar. Ancaq biz icarəyə götürdüyümüz zallara görə ödəniş edirik. Eləsi var ki, 6-7 aylıq borca görə zalı bağlanıb. Bizə hər dəfə 10 gündən sonra maaş veriləcəyini deyirlər. Maaş almayan məşqçilərin orta aylıq əmək haqqı 300 manatdır. 

Uşaqları taekvondoya cəlb etmək üçün çox güzəştlər edirik. Pulsuz məşqlər keçirik. Aldığımız 5-10 manatla da zalın icarə haqqını ödəyirik. Avadanlıqları da özümüz alırıq. Onların da necə bahalı olduğunu bilirsiniz. Bundan sonra nə edək? Əlimizdən başqa nə iş gəlir? Başqa gəlir sahəmiz də yoxdur”.

Etirazçılar hakimlərə də diqqətsizlik edilməsindən şikayətləniblər: "Beynəlxalq hakim olsaq da, bir yarışa da gedə bilmirik. Ölkə xaricində idarəçilik etməliyik ki, ölkədə hakimliyin səviyyəsi yüksəlsin. Amma belə olmayanda yerli yarışların da idarəçiliyi istənilən səviyyədə olmur".

Son xəbərlər

Orphus sistemi