Yuxarı

Azərbaycan şahmatçıları dünya çempionatında uğurla çıxış edirlər

Azərbaycan şahmatçıları dünya çempionatında uğurla çıxış edirlər
Turnir Rumıniyanın İaşi şəhərində keçirilir

Buxarest. 25 aprel. REPORT.AZ/ Rumıniyanın Yassı şəhərində məktəblilər arasında şahmat üzrə dünya çempionatı davam edir.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, çempionat Azərbaycanın zəka sahibləri üçün uğurla başlayıb.

Geridə qalan 3 turdan sonra Ziya Məmmədov (U7), Fərid Orucov (U9), Lalə Nəsirova (U7), Leyla Budaqova (U9), Səbinə Rzalı (U13), Süsən Məmmədova (U17) maksimum nəticə göstərərək turnir cədvəlinə başçılıq edirlər. Digər şahmatçılarımız Süleyman Süleymanlı (U11), Xəzər Babazadə (U17), Səmra Qasımova (U11) 2,5, Murad Mehtizadə (U7), Ləman Hacıyeva (U15) isə 2 xal toplamaqla liderlər qrupuna yaxınlaşa biliblər. Altay Eynullayev (U13), Murad İbrahimli (U15) və Əli Süleymanov (U9) aktivlərinə 1,5 və 1 xal yazdıra biliblər.

Bu gün turnirdə 4-cü tura start veriləcək.

İaşi şəhər Mədəniyyət Sarayında keçirilən məktəblilər arasında dünya çempionatı aprelin 30-dək davam edəcək. Yeddi yaşından 17 yaşınadək kateqoriyada klassik şahmat üzrə çempionatda 46 ölkədən 500 zəka sahibi iştirak edir. Azərbaycanı yarışlarda 14 şahmatçı təmsil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi