Azərbaycan millisinin voleybolçusu: "Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik" - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu: "Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik" - MÜSAHİBƏ Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanovanın Reporta müsahibəsi:
Komanda
15 Sentyabr , 2018 14:40
Azərbaycan millisinin voleybolçusu:  Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik - MÜSAHİBƏ

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanovanın "Report"a müsahibəsi:

- Komandanın hazırkı vəziyyəti necədir? Hazırlıq mərhələsini necə keçirirsiniz?

- Sloveniyada ilk məşqlərə başlayanda fiziki cəhətdən yaxşı formada deyildik. Məşq etdikcə və yoldaşlıq görüşləri oynadıqca formamızı bərpa etməyə başladıq. Əvvəlcə heyətimiz 11 nəfərdən ibarət idi. Sonradan bizə Natalya Məmmədova qoşuldu, uyğunlaşma problemlərimizi həll etdik. Avqustda “Gloria Cup” turnirinə qoşulduq. Demək olmaz ki, həmin turnirdə uğurlu çıxış etdik. Bu turnir də komandamız üçün yaxşı təcrübə oldu. Zəif cəhətlərimizi görüb onların üzərində çalışdıq.

- Dünya çempionatına nə qədər hazırsınız?

- Hələ tam hazır olduğumuzu deyə bilmərəm. Qarşıda Yaponiyada İtaliya və bir neçə başqa komanda ilə hazırlıq oyunlarımız var. Həmin oyunlardan sonra daha yaxşı hazır olacağıq. Düşünürəm, indi dünya çempionatına 80% hazırıq.

- Yoldaşlıq görüşündə Rusiyanın "Dinamo"(Krasnodar) komandasını 3:0 hesabı ilə məğlub etdiniz. Həmin qarşılaşmada dəyişik taktika diqqəti cəlb etdi. Komandanın taktikasda nə dəyişib?

- Demək olar ki, bəzi taktiki dəyişiklər var. Yana Kulan Türkiyədə mövsümü yüksək səviyyədə keçirdi. O, top qəbulunda çox yaxşıdır. Bu da komandamızın oyununa müsbət təsir edib. Top qəbulunda indi daha yaxşıyıq. Həmin oyunda məşqçimiz bir neçə fərqli taktikanı sınaqdan keçirib.

- Özünüz indi hansı formadasınız?

- Mən özüm də nə “Gloria Cup”da, nə də indi tam formada olduğumu deyə bilmərəm. Yavaş-yavaş formaya düşürəm. 

- Dünya çempionatında əsas rəqibiniz və minimum hədəfiniz nədir?

- Dünya çempionatında demək olar ki, zəif komanda yoxdur. Bütün komandalar bu yarışıa hazır vəziyyətdə gəlir. Oyunların hamısı çətin keçir. Qrupumuzda güclü rəqiblər var, qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Şansımızı yüksək qiymətləndirirəm.

- “Gloria Cup”da qrupdakı rəqibiniz olan Rusiya milli komandası ilə qarşılaşdınız. Oyundan məğlub ayrıldınız. Həmin oyundan sonra rəqibinizi yaxşı analiz edə bildinizmi?

- “Gloria Cup” turnirində yaxşı formada deyildik. Fikrimcə, indi Rusiya ilə qarşılaşsaq, onları məğlub edəcək gücdəyik.

- Dünya çempionatına hansı heyətlə yollanacağınız məlumdur?

- Məşqçi komandanı tam formalaşdırmağa çalışır. Dediyim kimi taktikamızda müəyyən dəyişik var. Məşqçimiz hələ  tam heyəti də açıqlamayıb.

- Dünya çempionatına nə vaxt yollanacaqsınız?

- Sentyabrın 17-si Yaponiyaya yollanacağıq və oradakı hazırlıq oyunlarından sonra dünya çempionatına başlayacağıq.

Son xəbərlər

Orphus sistemi