Azərbaycan millisinin voleybolçusu: "Qarşıdakı iki oyunda qalib gəlməyə çalışacağıq"

Azərbaycan millisinin voleybolçusu: "Qarşıdakı iki oyunda qalib gəlməyə çalışacağıq" Bakı. 2 oktyabr. REPORT.AZ/ “Bu gün öz oyunumuzu nümayiş etdirə bildik və yaxşı çıxış etdik. Amma bu, yetərli olmadı”.
Komanda
2 Oktyabr , 2018 11:39
Azərbaycan millisinin voleybolçusu: Qarşıdakı iki oyunda qalib gəlməyə çalışacağıq

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Bu gün öz oyunumuzu nümayiş etdirə bildik və yaxşı çıxış etdik. Amma bu, yetərli olmadı”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının kapitanı Odina Bayramova Yaponiyada keçirilən dünya çempionatının III turunda Rusiya yığmasına 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. 28 yaşlı hücumçu bildirib ki, C qrupunda yer alan yığmanın qarşıda hələ iki oyun var və həmin görüşlərdə qalib gəlməyə çalışacaqlar.

Millinin məşqçisi Famil Ağayev də məğlubiyyətə rəğmən, yaxşı çıxış etdiklərini söyləyib: “Bütün komponentləri nəzərə alsaq, komandamız çox yaxşı oynadı. İlk setdə hücum xəttimiz o qədər də qənaətbəxş işləmədi. Amma biz toparlandıq və yaxşı çıxış etdik”.

Rusiya yığmasının baş məşqçisi Vadim Pankov isə Azərbaycan millisi barədə xoş sözlər deyib: “Rəqiblə sıx münasibətlərimiz var. Avropada beynəlxalq yarışlarda bir-birimizə qarşı dəfələrlə oynamışıq. Azərbaycan güclü komandadır. İlk setin sonunda bizə bir şans lazım oldu”.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq. Oktyabrın 4-də saat 11:10-da isə rəqib Tailand olacaq.

Son xəbərlər

Orphus sistemi