Yuxarı

Azərbaycan millisinin voleybolçusu karyerasını başa vurub

Azərbaycan millisinin voleybolçusu karyerasını başa vurub

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını başa vurub.

“Report” Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Belarus əsilli blokçu 31 yaşında idmançı kimi çıxışını dayandırıb.

Qeyd edək ki, Poznyak karyerası ərzində “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyanın “Parma”, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Leninqradka” klublarının formasını geyinib. O, 2002-ci ildən Azərbaycan millisində çıxış edirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi