Azərbaycan millisinin üzvü Rusiya çempionatında çıxış edəcək

Azərbaycan millisinin üzvü Rusiya çempionatında çıxış edəcək Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubuna keçib.
Komanda
30 Aprel , 2020 10:17
Azərbaycan millisinin üzvü Rusiya çempionatında çıxış edəcək

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubuna keçib.

“Report” klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu 2020/2021 mövsümündə bu komandada çıxış edəcək.

Əzizova "Minçanka"ya transferindən məmnunluğunu bildirib. O, yeni komandası barədə çox şeylər eşitdiyini və Superliqada izlədiyini vurğulayıb: “Bundan əlavə, həmişə Rusiya çempionatında oynamaq istəyirdim”.

Əzizoza yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır. Marqarita Əzizova 2012 – 2017-ci illərdə “Telekom”da oynayıb. O, 2017-ci ildə qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. Voleybolçu daha öncə Türkiyə və Polşada legioner həyatı yaşayıb. 

Xatırladaq ki, Marqarita Əzizova 2019/2020 mövsümündə Polşanın "Radomka" klubunda çıxış edib və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunmuş voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi