Yuxarı

Azərbaycan voleybol millisinin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün sifariş ərizəsi açıqlanıb.

“Report” Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Belarus, İspaniya və Finlandiya ilə C qrupunda yer alan yığmanı oyunlara yenə Faiq Qarayev çıxaracaq. Ötən il Yaponiyada keçirilmiş dünya çempionatından sonra səhhətində yaranan problemlərə görə baş məşqçi postundan ayrılan 60 yaşlı mütəxəssis işini davam etdirəcək. Ona Famil Ağayev və Emin Əbilov kömək edəcəklər.

Məşqçilər korpusu Qızıl Avropa Liqası üçün 24 voleybolçu sifariş verib. Bunlar Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvilidir.

Qeyd edək ki, milli ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi