Azərbaycan millisinin kapitanı: "Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”

Azərbaycan millisinin kapitanı: "Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq” Bakı. 24 yanvar. REPORT.AZ/ “Dəvətimizi qəbul edib Bakıya gəldiyi üçün İran millisinə təşəkkür edirik. Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”.
Komanda
24 Yanvar , 2018 10:04
Azərbaycan millisinin kapitanı: Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”

Bakı. 24 yanvar. REPORT.AZ/ “Dəvətimizi qəbul edib Bakıya gəldiyi üçün İran millisinə təşəkkür edirik. Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rizvan Fərzəliyev İranla 3:3 hesabı ilə başa çatan yoldaşlıq oyunu barədə danışarkən deyib. O bildirib ki, qonşu ölkə yığması ilə hər iki matç Avropa çempionatına hazırlığı yoxlamaq baxımından vacib qarşılaşmalardır: “Uğurlu oyun alındı. Şanslar bərabərdir. Düzdür, ilk dəqiqələrdə həyəcan var idi. Bu da tam formalaşmamağımızdan irəli gəlirdi”.

Kapitan xüsusilə birinci hissədə buraxılan səhvlərə bu cür izah verib: “Yanvarın 18-dən tam heyətlə məşq edirik. Bir neçə futzalçımız ölkədən xaricdə çıxış etdiklərindən, onlar dediyim tarixdə komandaya qoşuldular. Bu da istər-istəməz oyunumuza təsirini göstərdi. İkinci oyundan və qalan günlərdən maksimum istifadə edib, Avropa çempionatına tam hazır şəkildə yollanacağıq. Növbəti matçda qələbə qazanmaq üçün mübarizə aparacağıq. İlk oyunu izləyəcək, səhvlərdən nəticə çıxarıb, 3:3 hesablı heç-heçə seriyasını dayandıracağıq”.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi