Yuxarı

Azərbaycan millisinin futzalçısı Çin klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futzalçısı Çin klubu ilə müqavilə bağlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının futzalçısı Fineo Araujonun yeni klubu müəyyənləşib. 

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Braziliya əsilli oyunçu Çin Super Liqasında çıxış edən “Zhuhai” klubu ilə anlaşıb. Anlaşmanın müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Fineo bunadək karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirib. O, ötən ilin dekabrında bu komandadan ayrılıb və son 3 ayda klubsuz olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi