Yuxarı

Azərbaycan millisinin futzalçısı Braziliya klubuna keçib

Azərbaycan millisinin futzalçısı Braziliya klubuna keçib
Sambaçı “Copagril” komandası ilə müqavilə bağlayıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Araz" klubunun futzalçısı Karvalyo dos Santos Vilela karyerasını Braziliyada davam etdirəcək. "Report"un Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "sambaçı" “Copagril” komandası ilə müqavilə bağlayıb. 

Anlaşmanın müddəti bu ilin iyununa qədər nəzərdə tutulub. Karvalyo mövsümün ilk yarısını "Araz"da keçirib.  O, Yüksək Liqada 12 oyuna 7, UEFA Kubokunda isə 3 görüşdə 2 qol vurub. Braziliya əsilli futzalçı Azərbaycan millisinin üzvü kimi İranda təşkil edilmiş turnirdə 3 görüşdə 3 dəfə fərqlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi